Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Qurtuluşdan tərəqqiyə: Müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu

Qurtuluşdan tərəqqiyə: Müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu

Bakı, 1 iyun, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, hakimiyyətdaxili çəkişmələr, ağır sosial-iqtisadi böhranla qarşılaşmış ölkə bütün bunları aradan qaldıracaq liderə ehtiyac duyurdu. Xalq əmin idi ki, Azərbaycanı düçar olduğu vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi. Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi siyasi böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.

İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edərək bildirdi: “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə xalq Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Dahi Lider oktyabrın 10-da andiçmə mərasimində çıxışında dedi: “Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır”.

Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi yazılıb. Tarixi şəxsiyyətin yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli mübarizəsi nəticəsində ölkəmiz hərtərəfli inkişafa nail oldu. Ölkənin inkişafı üçün əsas şərt olan ictimai-siyasi sabitlik, sülh və əmin-amanlıq yaradıldı, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesini gerçəkləşdirdi. Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik xarici siyasəti, şəxsi nüfuzu sayəsində müstəqil Azərbaycan çox keçmədən beynəlxalq arenaya çıxa bildi. Onu dünyanın hər yerində hörmətlə qarşılayır, sözünü eşidirdilər.

Ulu Öndər qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadiminin gedişləri çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi.

Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Ulu Öndər 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu və Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə edilməsi istiqamətində mühüm addımlar atdı. Ümummilli Lider işğal altında qalan torpaqlarımızın gec-tez düşməndən azad olunacağına əmin idi.

Azərbaycanın dövlət quruculuğunda və idarəçiliyində bütün sahələr üzrə daim inkişaf və tərəqqiyə aparan nəhəng işlərin memarı və qurucusu olan Heydər Əliyev ölkənin iqtisadi potensialının yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edirdi. Bu baxımdan Ümummilli Liderin hər zaman aktual olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyası onun həyata keçirdiyi dövlət quruculuğu siyasətinin mərkəzində dururdu. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə çox ciddi iqtisadi islahatlara başlanıldı. İlk növbədə iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Ən əsası iqtisadiyyatımızın inkişafında neft amilinə böyük önəm verilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan 1994-cü ildə investisiya qoyuluşu baxımından riskli ölkə sayılırdı. Xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. Bu, tarixi hadisə Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu. Azərbaycan neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Dahi rəhbər “Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxışında bu sənədin əhəmiyyətinə toxunaraq deyib: “Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir”.

Çoxlarına gerçəkləşməsi inanılmaz görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan sonrakı illərdə əməkdaşlığın coğrafiyasını genişləndirməklə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən ölkə kimi nüfuz qazandı. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan bu gün də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, Ümummilli Liderin dahiyanə uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadəsinin təmin olunması bu gün ölkəmizin hərtərəfli inkişafına, iqtisadi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu gün Azərbaycanın təşəbbüsçüsü və müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın uğurla reallaşması ölkəmizi dünyanın, o cümlədən Avropanın enerji təminatında əsas söz sahiblərindən birinə çevirib.

Ümummilli Liderin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəticəsində ümumi daxili məhsul 71 faiz artdı. 1993-2002-ci illər ərzində Azərbaycanda istehsal və qeyri-istehsal sahələrinin inkişafına 8,2 milyard manat sərmayə cəlb edildi. Sürətlə artan inflyasiyanın dayandırılması, xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin 1993-cü illə müqayisədə 2,8 dəfə artaraq 3,8 milyard ABŞ dollarına çatması ölkədə davamlı inkişafa imkan yaradan yeni iqtisadi münasibətlər sisteminin qurulmasının nəticəsi idi. Ümummilli Liderin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edildi.

Milli iqtisadiyyatın hasilat sənayesi ilə yanaşı, digər iqtisadiyyat sahələrinin – qeyri-neft sektoru sahələrinin inkişafı proseslərinin təməli qoyuldu. Neftdən gələn gəlirlərin hesabına milli iqtisadiyyatın müxtəlif sahələrinin modernizasiya prosesləri həyata keçirildi. Ölkədə genişmiqyaslı abadlıq-quruculuq işlərinin və tədbirlərinin görülməsi sürətləndirildi. Rəqabət qabiliyyətli infrastruktur şəbəkəsinin yaradılması təmin olundu. Güclü dövlət ideyasına sadiq qalan Ulu Öndər Heydər Əliyev, ilk növbədə, sosial problemlərin həlli sahəsində dövlətin aparıcı rolunun artırılmasına xüsusi diqqət yetirdi. Belə ki, 1994-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında“ və “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 1994-cü il 24 oktyabr tarixli fərmanları əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm hüquqi-normativ baza yaratdı. Ayrı-ayrı kateqoriya üzrə şəxslərin sosial müdafiəsi istiqamətində müxtəlif qanunlar-“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında” və s. hüquqi sənədlər qəbul edildi. Nəticədə şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin, qaçqın və məcburi köçkünlərin, veteranların sosial təminatı daha da gücləndirildi.

1995-ci ildə Azərbaycanın yeni Konstitusiyası qəbul olunduqdan sonra cəmiyyət həyatının bütün sahələrində köklü islahatların reallaşdırılmasına başlandı, ölkədə çoxpartiyalı siyasi sistem formalaşdırıldı, fikir plüralizmi, söz və məlumat azadlığı təmin edildi. Konstitusiyamızın müəllifi məhz Ümummilli Lider Heydər Əliyevdir. Ana Qanunumuz dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr olunub. Elə həmin dövrdə Azərbaycan Respublikası Milli Məclisinin 1-ci çağırış seçkiləri keçirildi. Bununla da ölkədə demokratik hüquqi dövlət quruculuğu prosesinin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, respublikamızda sosial-iqtisadi islahatların aparılması, vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün əsaslar yaradıldı.

İnsan hüquqlarının qorunmasına müstəsna diqqət ayıran Ümummilli Liderin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilib, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Bu istiqamətdə Azərbaycan parlamenti bir sıra beynəlxalq konvensiyaları ratifikasiya edib.

Ulu Öndər Heydər Əliyevin dövlətin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri kimi, şübhəsiz, Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu ölüm cəzasının tamamilə ləğv edilməsi, söz və mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması dahi rəhbərin demokratik dəyərlərə verdiyi önəmin ifadəsi və onun böyük mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiq edən çoxsaylı faktlardandır. Bundan sonra insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılırdı. Heydər Əliyev 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Bu, həm də Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin göstəricisidir. Məhz Ulu Öndərin respublikaya rəhbərliyi dövründə ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində məhkəmə islahatlarının keçirilməsi, Konstitusiya Məhkəməsinin, ombudsman təsisatının yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi elan edilməsi, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və yüzlərlə bu sıradan olan siyasi-hüquqi islahatlar nəticəsində Azərbaycan, sözün əsl mənasında, demokratik-hüquqi dövlətə çevrilib.

Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin əsasında dayanan ən vacib amillərdən biri xalqın tarixi yaddaşının özünə qaytarılması idi. O, azərbaycançılıq ideologiyasının təkmilləşdirilməsini bütün dövrlərdə qarşıya əsas vəzifə kimi qoyurdu. Ulu Öndər həm də milli şüurla dövlətçilik şüurunu birləşdirmək kimi ən müqəddəs vəzifəni yerinə yetirib. “Biz həmişə azərbaycançılıq ideyası ətrafında birləşməliyik” deyən dahi şəxsiyyət “azərbaycançılıq məfkurəsi”ni yaratmaqla, mənəvi dəyərlərimizi bütün ölkə miqyasında birləşdirərək ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevirib. “Dünya azərbaycanlıları” anlayışı, dünya azərbaycanlılarının birlik kimi gücünün-qüdrətinin dəyərləndirilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağını Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edib, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edib. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 2001-ci ildə Ümummilli Liderin Sərəncamına uyğun olaraq noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ondan sonrakı dövrlərdə hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilərək soydaşlarımızın birliyinin və həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atıldı, təşəbbüslər irəli sürüldü.

2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev qarşıda dayanan vəzifələri açıqlayaraq belə bir çağırışı səsləndirdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir. Əhalinin sosial maraqlarının təminatı, xüsusən aztəminatlı insanların sosial müdafiəsi, şəhid və qazilərin, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potensialının, ilk növbədə, xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan Ordumuz nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Bu möhtəşəm Qələbəmiz ermənilərin uzun illər ərzində yaratdıqları mifləri dağıtdı. Dünya bir daha gördü ki, güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalq Azərbaycan xalqıdır. Prezident İlham Əliyev adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bu Qələbə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlayıb. Torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyevin neft strategiyasının əsas məqsədlərindən biri idi.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir. Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişafın, Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksələn Azərbaycan daha böyük gələcəyin geniş üfüqlərinə doğru addımlamaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib

Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

FIDE-nin reytinq cədvəli: Nicat Abasov bir pillə irəliləyib

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO

XİN erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı hücumunu pisləyib

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib

“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb

Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq

Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

Bu gün Bakının 547 küçəsi yuyulub

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Mingəçevirdə tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək