SİYASƏT


Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.