CƏMİYYƏT
Quru meyvələrin tərkibi vitaminlərlə zəngindir
Bakı, 10 avqust, AZƏRTAC
Quru meyvələrin insan səhhətinə çox müsbət təsiri var.
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, elmi araşdırmalar nəticəsində tərkibi A vitamini ilə zəngin qaysının stress və qan azlığını aradan qaldırdığı, dəridəki problemlərə yaxşı təsir göstərdiyi məlum olub. Gündə 5 ədəd qaysı yemək ürək-damar və sinir sistemi üçün faydalıdır.
Enerji mənbəyi olan kişmiş həm də bəlğəmgətirici xassəyə malikdir. Gündə 10 ədəd kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman vasitəsi kimi istifadə olunur.
Vitaminlərlə zəngin alça qurusu xərçəng xəstəliyinə qarşı faydalıdır. Həmçinin yaşlanmanın qarşısını alır, yüksək təzyiq, qaraciyər, revmatizm, ürək-damar və böyrək xəstəliklərinə qarşı çox xeyirlidir.
Əncir qurusu tərkibində yağ və xolesterol olmadığına görə arıqlamaq istəyənlər üçün yaxşı vasitədir. Boğaz ağrıları zamanı da faydalı təsir göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]