İQTİSADİYYAT


Qurumların daha yaxından və koordinasiyalı əməkdaşlığı ölkədə biznes mühitinin daha da təkmilləşdiriməsində mühüm əhəmiyyət kəsb edir

Bakı, 27 aprel, AZƏRTAC

Qurumların daha yaxından və koordinasiyalı əməkdaşlığı ölkədə biznes mühitinin daha da təkmilləşdiriməsində mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov Sahibkarlar Gününə həsr olunmuş “Sahibkarlığın inkişafı üzrə qurum və təşkilatlar arasında birgə əməkdaşlıq perspektivləri” mövzusunda müzakirədə deyib.

Azərbaycan Beynəlxalq Bankının “Sahibkarlar Klubu”nun təşəbbüsü ilə keçirilən müzakirədə A.Qədəşov “Azexport.az” portalının sahibkarlara təqdim etdiyi xidmətlər barədə təqdimatla çıxış edib. Bildirib ki, qurumların daha yaxından və koordinasiyalı əməkdaşlığı ölkədə biznes mühitinin daha da təkmilləşdiriməsində mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə KOB Azərbaycan, AZPROMO, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Azərbaycan Beynəlxalq Bankı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri təmsil etdikləri qurumlar ilə bağlı hazırda tətbiq olunan yeniliklər haqqında geniş məlumat təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.