CƏMİYYƏT


Qurumuş və təhlükə törədən ağacların yerinə 1700-ə yaxın ağac əkilib

Bakı, 5 dekabr, AZƏRTAC

Ölkə başçısının yeni yaşıllıqların salınması ilə bağlı verdiyi tövsiyə və göstərişlərə uyğun olaraq ağac əkilməsinin təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə başlanan ağacəkmə aksiyaları davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi üçün başlanan aksiyalar zamanı rayon icra hakimiyyətləri ilə birgə Azadlıq və Babək prospektlərində, H.Əliyev, M.Sənani, S.Vəzirov, Cavanşir, Salamzadə, Cavadxan, İ.Dadaşov, R.Rüstəmov, H.Zərdabi, Nizami, S.Cəfərov və A.İldırım küçələrində, Bakı-Qazax dairəvi yolunun yaxınlığında və Atçılıq kompleksinin ərazisində, ümumilikdə, 121 qurumuş və təhlükə yaradan ağac 1700-ə yaxın müxtəlifcinsli ağacla əvəzlənib.

Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.

ETSN vətəndaşlardan qurumuş və təhlükə yaradan ağaclarla bağlı nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.