DÜNYA


Quş qripi Estoniyaya da yaxınlaşır

Tallin, 13 fevral, AZƏRTAC

Bu həftənin əvvəlində Helsinki, bir qədər sonra isə Riqa yaxınlığında quş qripi faktı qeydə alınıb. Aşkar edilmiş H5N8 ştammı ev quşları da daxil olmaqla, quşların kütləvi ölümünə səbəb olur. Virus insanlar üçün təhlükə yaratmasa da, ev quşları arasında kütləvi yoluxmaya və onların məhvinə səbəb ola bilər. Epidemiyanın Estoniyaya da yaxınlaşması istisna edilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Estoniyanın Kənd Təsərrüfatı və Qida Departamenti yayıb.

Bildirilib ki, ölkənin qərb hissəsi başda olmaqla, Vırtsyarv və Çud göllərinin ətrafında yerləşən bölgələrdə sayıqlıq əldən verilməməlidir.

Departament Estoniya sakinlərindən çox sayda quş cəsədi aşkar edəcəkləri təqdirdə +372 605 4767 nömrəsinə zəng edərək məlumat vermələrini xahiş edir.

Qeyd edilib ki, ötən il Avropada quş qripi səbəbilə təxminən 9 milyon ev quşu ölüb və ya öldürülüb.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.