REGİONLAR


Qusar Dövlət Ləzgi Dram Teatrı “Əsir qadın”ı nümayiş etdirəcək VİDEO

Qusar, 15 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 18-dən Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşasının nümayişinə başlanılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri 20 Yanvar hadisələrinin 29-cu ildönümünü münasibətilə səhnələşdirilib.

Qırx nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mdəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

“Əsir qadın” tamaşası ilk dəfə yanvarın 18-i saat 11-də Qusar Mədəniyyət Evində nümayiş etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.