Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Musiqi Günündə xüsusi kompozisiya təqdim edib
AzerTAg.az

Qusar, 19 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 18-də Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi Milli Musiqi Günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” və digər sevilən səhnə əsərlərindən parçalar nümayiş etdiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Mədəniyyət Sarayının səhnəsində musiqili kompozisiya, folklor nümunələri, Azərbaycan və ləzgi dillərində mahnılar da təqdim olunub.
Yetmişə yaxın aktyor heyətinin yer aldığı bir saatlıq kompozisiya üçün xüsusi dekorasiya hazırlanıb. Təqdimatlar qusarlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Xəbərin mətnində orfoqrafik səhv var