MƏDƏNİYYƏT
Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümü “Xanuma” komediyası ilə açıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı A.Saqarellinin “Xanuma” komediyası ilə yeni teatr mövsümünü açıq elan edib.
AZƏRTAC xəbər verir ki, baş rejissor Laləzar Hüseynovanın quruluşunda təqdim edilən tamaşada rəsmlərin quruluşu Marina Mahmudovaya, musiqi tərtibatı isə Şaik Qardaşova məxsusdur.
Səhnə əsərində rolları aktyorlar Bağır Əhmədov, Kifayət Yusifova, Lalə Qurbanova, Sədaqət Əlimuradova, Kəmalə Qasımova, Namik Mustafayev, Rəhilə Hacıbəyova, Yuriy Kərimov və başqaları ifa ediblər. Zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı ilə baxımlı olan səhnə əsəri maraqla qarşılanıb.
Müflisləşmiş və yaşlı Vano Pantiaşvili adlı bir insanın sevgi macərasından bəhs edən səhnə əsəri xoşbəxt sonluqla bitir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]