REGİONLAR


Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara “Hərənin öz ulduzu”nu təqdim edəcək VİDEO

Qusar, 13 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tamaşaçılara yeni səhnə əsərini təqdim etməyə hazırlaşır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv bu dəfə yazıçı–dramaturq İsi Məlikzadənin “Hərənin öz ulduzu” əsərini səhnələşdirilib.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Son məşqləri gedən tamaşada 35 nəfər aktyor heyəti yer alıb. Komediya janrında olan səhnə əsərində hadisələr kənd mədəniyyət klublarının birində baş verir. Bu klubdakı işçilər bacarıq və istedadına görə deyil, qohumluq əlaqələrinə görə işə götürülüb. Festivala hazırlaşan klub kollektivinə yeni müdir təyin olunur və əsas hadisələr də bundan sonra başlayır.

Yeni tamaşa oktyabrın 16-da Qusar Mədəniyyət Evində nümayiş etdiriləcək. Tamaşa Qusarla yanaşı, bölgənin digər rayonlarında da səyyar şəkildə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.