REGİONLAR


Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara iki yeni səhnə əsəri təqdim edəcək VİDEO

Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara iki yeni səhnə əsəri təqdim edəcək  VİDEO

Qusar, 13 aprel, Elxan Yusifli, AZƏRTAC

Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara iki yeni səhnə əsəri təqdim etməyə hazırlaşır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv yazıçı–dramaturq Hüseynbala Mirələmovun “Vəsiyyət” və yazıçı Rafiq Rəhimlinin “Sönmüş talelər” əsərlərini səhnələşdirir.

Səhnə əsərlərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

“Vəsiyyət” tamaşasında var-dövlət hərisliyi tənqid edilir, insanlar mənəvi kamilliyə səslənir. Dövran adlı milyonerin öz yaxınlarına vəsiyyətindən bəhs olunan tamaşada gülüş doğuran hadisələrlə yanaşı, insanları düşündürən, onları düzlüyə, halallığa səsləyən məqamlar da yetərincədir.

“Sönmüş talelər” tamaşasında isə bəşəriyyəti məhvə sürükləyən narkotikin törətdiyi fəsadlar bir ailənin faciəsi fonunda öz əksini tapır.

Məşqləri davam edən tamaşalar may ayında teatrsevərlərə təqdim olunacaq. Tamaşalar Qusarla yanaşı, bölgənin digər rayonlarında da səyyar şəkildə nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.