REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı ümummilli lider Heydər Əliyevə həsr olunan səhnə əsərini təqdim edib VİDEO
Qusar, 12 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 12-də Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına ümummilli lider Heydər Əliyevə həsr olunan “Böyük ömrün dastanı” adlı səhnə əsərini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Qusar Şəhər Mədəniyyət Evində geniş kütlə qarşısında nümayiş etdirilən tamaşa Xalq Şairi Zəlimxan Yaqubun eyniadlı əsərinin motivləri əsasında hazırlanıb.
Tamaşada xalqımızın ulu öndər Heydər Əliyevə sevgisindən, Ümummilli Liderin zəngin irsi, siyasi-ictimai fəaliyyətindən bəhs olunur.
Tamaşanın hazırlanmasında bacarıqlı aktyorlarla yanaşı, Qusar şəhər 1 nömrəli məktəbinin istedadlı şagirdləri də yaxından iştirak ediblər.
Səhnə əsərinin ideya müəllifi və rejissoru Qusar Dövlət Ləzgi Dram Teatrının bədi rəhbəri Faiq Qardaşovdur.
Səhnə əsəri tamaşaçılar tərəfindən məmnunluqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]