Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə “Sönmüş talelər” tamaşası ilə başlayıb VİDEO
AzerTAg.az
Qusar, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə “Sönmüş talelər” tamaşası ilə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni mövsümün ilk tamaşası sentyabrın 17-də Qusar Mədəniyyət Sarayında nümayiş etdirilib.
Yazıçı Rafiq Rəhimlinin əsəri əsasında hazırlanan tamaşada bəşəriyyəti məhvə sürükləyən narkotikin törətdiyi fəsadlar bir ailənin faciəsi fonunda öz əksini tapır.
Səhnə əsərlərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri Faiq Qardaşov bildirib ki, kollektiv yeni mövsümdə tamaşaçılara dörd yeni səhnə əsəri təqdim edəcək.
Tamaşalar Qusarla yanaşı, bölgənin digər rayonlarında da səyyar şəkildə nümayiş olunacaq.






Xəbərin mətnində orfoqrafik səhv var