REGİONLAR


Qusar sakinlərinin qaz təchizatına dair problemləri dinlənilib

Bakı, 1 oktyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin başlatdığı “Açıq mikrofon” aksiyası bu dəfə Qusar sakinlərinin ixtiyarında olub.

İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyaya rayonun Balaqusar kəndindən üz tutan sakin yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciət edib. Köhnə Xudat kənd sakini və Qələcuk kənd sakininin müraciəti də genişlənən ərazilərin qazlaşdırılması ilə bağlı olub.

Ünvanlanan müraciətlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb və aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.