REGİONLAR


Qusarda 65 yaşdan yuxarı 500-ə yaxın vətəndaş peyvənd olunub VİDEO

Qusar, 18 fevral, Elxan Yusifli, AZƏRTAC

Qusar Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi 65 yaşdan yuxarı 500-ə yaxın vətəndaş peyvənd olunub.

Xəstəxananın şöbə müdiri Natəvan Butayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fevralın 8-dən etibarən COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılıb. Bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunur. Xəstəxanada yaradılan vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

İlkin mərhələdə könüllülük əsasında 409 tibb işçisinə peyvəndin birinci dozası vurulub.

Natəvan Butayeva bildirib ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşlı sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm halının qarşısını alır.

Xəstəxanalarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər isə birbaşa poliklinikalara müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.