REGİONLAR


Qusarda "Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir" mövzusunda ədəbi-bədii kompozisiya və sərgi təqdim olunub

Qusar, 28 may, Elxan Yusifli, AZƏRTAC

Qusarda "Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir" mövzusunda keçirilən tədbirdə maraqlı ədəbi-bədii kompozisiya və sərgi təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən "Şuşa İli" çərçivəsində keçirilən tədbir Nəriman Nərimanov adına parkda təşkil olunub.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, mədəniyyət işçiləri, kitabxanaçılar, fəal oxucular və rayon ictimaiyyəti iştirak ediblər.

İştirakçılar əvvəlcə kitabxana və klub işçilərinin Şuşa və Qarabağa aid əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun şücaətlərindən, xalqımızın yumruq kimi birləşərək düşmənə qarşı mübarizəsindən söz açıblar.

Bildirilib ki, Vətən müharibəsində Qusar rayonu 37 övladını şəhid verib, 150 nəfərdən çox qusarlı döyüşlərdə yaralanıb.

Natiqlər Qarabağda aparılan quruculuq işlərindən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.

Tədbir kitabxanaçıların, fəal oxucuların və mədəniyyət işçilərinin iştirakı ilə maraqlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kollektivi Vətən müharibəsi dövründə ordumuza hərtərəfli dəstəyə və vətənpərvərlik mövzusunda tədbirlərin təşkilində fəal iştirakına görə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin fəxri fərmanı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.