REGİONLAR


Qusarda ana və azyaşlı qızı itkin düşüb

Qusar, 14 sentyabr, AZƏRTAC

Qusarda ana və azyaşlı qızı itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova avqustun 25-i səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasıgilə gedəcəyini bildirərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qusar rayonu ərazisində itkin düşən Rima Talıbovanın boyu 160 santimetr, orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir.

Qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə (023) 385-22-22 şəhər və (055) 335-33-35, (070) 850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.