REGİONLAR


Qusarda avtoqəzada bir nəfər ölüb, bir nəfər ağır yaralanıb

Qusar, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC

Qusarda bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Həzrə kəndində qeydə alınan hadisə zamanı “Chevrolet” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Qusar rayonu Kiriq kənd sakini Dustiyev Məhəmmədmirzə Xan oğlu ölüb, maşında olan həmkəndlisi 1992-ci il təvəllüdlü Əliməmmədova Xəyalə Bədrəddin qızı isə ağır xəsarətlər alıb. Yaralı Qusar Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.