REGİONLAR


Qusarda baş verən qəzada bir nəfər ölüb, 4 nəfər yaralanıb

Qusar, 4 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 4-də Qusar rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar-Xudat yolunun Balaqusar kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Zeynulla Cəbrayılovun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, yaralılardan 1980-ci il təvəllüdlü Pərvanə Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.