REGİONLAR
Qusarda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb – YENİLƏNİB VİDEO
Qusar, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar şəhərində Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli yaşayış binasının ev 177, mənzil 1 ünvanında bir ailənin üzvü olan 5 nəfər dəm qazından boğularaq ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölənlər Qusar şəhər sakinləri 1987-ci il təvəllüdlü Şıxov Rusiz Şıxəli oğlu, 1993-cü il təvəllüdlü Şıxova Əminə Məhsim qızı və onların övladları 2012-ci il təvəllüdlü Osman, 2017-ci il təvəllüdlü İmarə, 2013-cü il təvəllüdlü Sumeyadır.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
16.37
Qusar şəhərində mənzillərin birində bir ailənin üzvü olan 5 nəfərin meyiti aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, həmin şəxslər dəm qazından boğularaq ölüb.