REGİONLAR


Qusarda çobanlıq edən gənc qayalıqdan yıxılaraq ölüb

Qusar, 22 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Qusarda dörd gündür itkin düşən 1987-ci il təvəllüdlü Saruxanov Sərxan Sahib oğlunun meyiti aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Quxur kəndindən 3 kilometr aralı, təxminən 150 metr dərinliyindəki dərədə aşkarlanan meyitin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Kənd sakinlərinin bildirdiyinə görə, Sərxan Saruxanov həmin ərazidə çobanlıq edirdi. Gəncin ehtiyatsızlıqdan qayalıqdan yıxılaraq öldüyü ehtimal olunur.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.