REGİONLAR


Qusarda evlərdən oğurluq edən şəxs saxlanılıb

Qusar, 22 fevral, Elxan Yusifli, AZƏRTAC

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində iki evdən oğurluq edən, əvvəllər də məhkum olunmuş Şahin Əfəndiyevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı Ş.Əfəndiyev törətdiyi cinayət əməlini etiraf edib.

Saxlanılan şəxs Balaqadaşov küçəsində yerləşən M.Sultanovaya məxsus fərdi yaşayış evinin açarını gizli yolla əldə etdiyini və müxtəlif vaxtlarda qanunsuz daxil olaraq oğurluqlar törətdiyini bildirib. Ümumilikdə, ev sahibinə beş min manata qədər maddi ziyan vuran Ş.Əfəndiyev, həmin evdən televizor, paltaryuyan, soyuducu, qaz sobası və digər məişət avadanlıqları oğurlayıb.

Bundan əlavə, Ş.Əfəndiyevin 2018-ci ilin noyabr ayında şəhərin A.Xammətov küçəsində yerləşən evlərin birindən dəyəri 350 manat olan velosiped oğurladığı da məlum olub.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.