CƏMİYYƏT


Qusarda həyata keçirilən gənclərin natiqlik düşərgəsi başa çatıb

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Qusarda həyata keçirilən gənclərin natiqlik düşərgəsi başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, düşərgənin əsas məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi və onların yeni bilik, bacarıqlar əldə etməsinə dəstək olmaqdır.

Beş gün davam edən düşərgə çərçivəsində birinci gün “şəbəkələşmə”, “komanda quruculuğu” oyunları, ikinci gün peşəkar təlimçilər tərəfindən “nitqin strukturu”, “effektiv nitq”, “verbal və qeyri-verbal natiqlik” mövzularında təlimlər, üçüncü gün peşəkar Yüksəliş müsabiqəsinin qalibi Mehriban Nəzərova ilə “Karyerada natiqliyin rolu” mövzusunda görüş, peşəkar təlimçilər tərəfindən “debat və onun formatları” mövzusunda təlimlər, müxtəlif idman çempionatları, dördüncü gün komanda şəklində və təkbətək debatlar, beşinci gün isə Qusarın Laza şəlaləsinə yürüş və “Code Tusi” intellektual komanda oyunu təşkil olunub.

Natiqlik düşərgəsinin bağlanış mərasimində fəal gənclər, keçirilən müsabiqələrin qalibləri müxtəlif hədiyyələrlə mükafatlandırılıb və bütün iştirakçılar sertifikatla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.