REGİONLAR


Qusarda karantin qaydalarını pozan restoranda 8 nəfər saxlanılıb

Qusar, 20 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə “Alina” şadlıq evində məclis təşkil edildiyi və xüsusi karantin rejimi qaydalarının pozularaq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkarlanıb. Səkkiz nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.