REGİONLAR


Qusarda kolluqdan əl qumbarası və xeyli sayda güllə tapıldı

Qusar, 24 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları kolluq ərazidən 1 ədəd alışdırıcısız F1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.