REGİONLAR
Qusarda meşəlik ərazidə çətənə kolları becərən şəxs saxlanılıb
Qusar, 20 iyul , Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları meşəlik ərazidə kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Zeyxur kənd sakini 58 yaşlı Yüzbəy Kiçibəyov saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı kəndin yaxınlığında olan meşəlik əraziyə keçirilən baxış zamanı oradan Y.Kiçibəyov tərəfindən yetişdirilmiş 15 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]
27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb
- 27.03.2024 [20:01]