REGİONLAR
Qusarda narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb VİDEO
Xaçmaz, 28 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin Qusar şəhər sakini Mirzam Zamanov, əvvəllər məhkum olunmuş Şirvanlı kənd sakini Xaliddin Səfibəyov və Quxuroba kənd sakini Rövşən Sədullayev olduqları müəyyən edilib.
Saxlanılan zaman hər üç şəxsin üzərindən satış üçün hazırlanmış kağız bükümlərdə və kibrit qutusunda narkotik maddələr olan marixuana aşkarlanıb.
Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, illərdir narkotik satışı ilə məşğul olduqlarını bildiriblər.
Faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]