CƏMİYYƏT


Qusarda oğurluğa görə saxlanılan şəxsin axtarışda olduğu müəyyənləşib

Bakı, 16 iyul, AZƏRTAC

Qusar Rayon Polis Şöbəsinə müraciət edən C.Nurullayev iyulun 14-də şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Çingiz Rəhimov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Çingiz Rəhimovun bir gün əvvəl Gündüzqala kənd sakini R.Rəsulovun da mobil telefonunu oğurladığı müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.