REGİONLAR


Qusarda özünü dindar kimi təqdim edən şəxs narkotikə görə saxlanıldı VİDEO

Qusar, 9 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Zamir Salmanov və Albert Balakişiyevi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərin üzərilərinə baxış keçirilən zaman xeyli miqdarda marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Məlumat üçün bildirək ki, Zamir Salmanov rayon ərazisində özünü dindar şəxs kimi təqdim edir.

Faktla bağlı Qusar RPŞ-də hər iki şəxs barəsində cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.