REGİONLAR


Qusarda qanunsuz ov edən şəxsin tüfəngi müsadirə edilib

Qusar, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yanvarın 6-da Qusar rayonunun Cağar kəndinin meşə zolağında qanunsuz ov etmək istəyən Çiləgir kənd sakini Bəhmən Hacıyev saxlanılaraq şöbəyə gətirilib. Ondan bir ədəd “Churchill” markalı ov tüfəngi götürülüb.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.