Qusarda quldurluq edən şəxslər həbs ediliblər VİDEO
AzerTAg.az
Qusar, 10 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində quldurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, quldurluq etməklə zərərçəkmişə ümumilikdə 2000 ABŞ dolları və 190 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zərbəli Çigəliyev və Şirvan şəhər sakini Xəqani Günəşov saxlanılıblar. Həmin şəxslərin zərərçəkmişə məxsus evə gizlin daxil olaraq hədə-qorxu gəlməklə quldurluq etmələri müəyyən olunub.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbərin mətnində orfoqrafik səhv var