REGİONLAR
Qusarda restoran icarədarı 20 gün inzibati həbs edildi
Qusar, 3 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Daymond” restoranında rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı Elvin Tahirov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 20 gün inzibati həbs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]