REGİONLAR


Qusarda səyyar “ASAN xidmət”dən şimal bölgəsinin 2 mindən çox sakini yararlanıb VİDEO

Qusar, 24 iyul, Elxan Yusifli, AZƏRTAC

Səyyar “ASAN xidmət” iyulun 2-dən Qusar rayonunda fəaliyyət göstərir. Qusar və digər şimal rayonlarının sakinləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son 20 gündə beş rayonun 2 minə yaxın sakini göstərilən xidmətlərdən faydalanıb.

Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.

Qusar səyyar “ASAN xidmət”in qrup rəhbəri Kamil Məmmədov bildirib ki, şimal rayonlarının sakinləri iyulun 31-dək səyyar xidmətlərdən yararlana bilərlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar iyulun 31-dək (saat 09:00-18:00) Qusar şəhəri Ləzgi Əhməd küçəsi 47 (Mərkəzi kitabxananın qarşısı) ünvanında fəaliyyət göstərəcək xidmət əməkdaşlarına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.