REGİONLAR
Qusarda toy sahibi və qonaqları cərimələnibVİDEO
Qusar, 21 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinə rayonun Köhnə Xudat kəndində Aslan Hacıağayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gələrək toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.