CƏMİYYƏT


Qusarda üçəm oğlan dünyaya gəlib

Bakı, 22 fevral, AZƏRTAC

Quba rayonundakı 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Mirzəyeva üçəm körpə dünyaya gətirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, körpələr bu gün səhər saatlarında Qusar rayonunun mərkəzi xəstəxanasında dünyaya gəliblər və onların üçü də oğlandır.

Uşaqların çəkisi 2,8, 2,7 və 1,8 kiloqramdır. Ananın müalicə həkiminin sözlərinə görə, İlahə Mirzəyeva ikinci dəfədir ki, övlad dünyaya gətirir. O, birinci övladını evliliyindən 7 il sonra dünyaya gətirib. 2,5 il fasilədən sonra bir qız anası olan İ.Mirzəyeva yenidən həkimə müraciət edib və müalicələrdən sonra arzusuna çatıb.

Körpələrin və ananın vəziyyəti normaldır. Qusar rayon doğum şöbəsinin müdiri Anjela Əlifxanova üçəmlərin vaxtında dünyaya gəldiyini və körpələrin səhhətində problem olmadığını bildirib.

Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, doğum evində sonuncu dəfə üçəm 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.