REGİONLAR


Qusarın Piral kəndində 700 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək VİDEO

Qusar, 23 iyul, Elxan Yusifli, AZƏRTAC

SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Qusar rayonunun Piral kəndinin “mavi yanacaq”la təmin olunması işləri yekunlaşmaq üzrədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsində 700 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.

Qazlaşdırma işlərinə aprel ayından start verilib. Kəndin qazla təmin olunması üçün 38 min metrə yaxın müxtəlif diametrli polad və polietilen borulardan istifadə ediləcək. Ötən müddət ərzində işlərin 80 faizi görülüb. Hazırda məhəllədaxili boruların çəkilişi ilə yanaşı, abonentlər üçün sayğac və fərdi tənzimləyici quraşdırılmasına başlanılıb. Avqustun 20-dək kəndə təbii qazın verilməsi nəzərdə tutulub.

Piralda işlər yekunlaşdıqdan sonra Cibir kəndində də qaz xəttinin çəkilişinə başlanılacaq. Bu yaşayış məntəqəsində 320 abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.

Azərbaycan Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına uyğun olaraq 2018-ci ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işləri yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.