REGİONLAR


Qusarın intensiv və superintensiv alma bağlarında budama işləri aparılır VİDEO

Qusar, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qusarın intensiv və superintensiv alma bağlarında ağacların budanması işləri davam etdirilir. Rayonda bu üsulla becərilən alma bağlarının ümumi sahəsi 2 min 495 hektardır.

Aqronom Həmid Bayraqdarov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, alma ağaclarının ən yaxşı budanma vaxtı payızda yarpaqlar töküləndən erkən yazda tumurcuqların şişməsinin başlanğıcınadək keçən dövrü əhatə edir. Məhsuldar alma ağacları cavan ağaclara nisbətən daha tez budanmalıdır. Sanitar budamalar payızda, ucvurma, cavanlaşdırıcı və dərin budamalar isə qışın sonunda aparılmalıdır.

Budama işini aqronomların məsləhəti və nəzarəti altında həyata keçirmək lazımdır.

Həmid Bayraqdarov deyib ki, budama əsas etibarilə qısaltma və seyrəltmə üsulunda aparılır. Bu proses bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün tənzimlənməsinə, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir. Budama zamanı bitkinin bioloji və sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması nəzərə alınmalıdır.

Qusar rayonunda 11 min 906 hektar meyvə bağı var. Bunun 1080 hektarını intensiv, 415 hektarını isə superintensiv meyvə bağları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.