REGİONLAR
Qusarın üç kəndində modul tipli məktəb binaları istifadəyə veriləcək VİDEO
Qusar, 16 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarın Zindanmuruqışlaq, Ləcət və Yeni həyat kəndlərində modul tipli məktəb binaları quraşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni həyat kəndində tikilən 96 şagird yerlik ümumi orta məktəb binası oktyabr ayının sonunadək təhvil veriləcək.
Təhsil ocağı kitabxana, 8 sinif və müəllimlər otağından ibarətdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır.
Qusarda 2018-ci ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulan üç modul tipli məktəb binasında 300 nəfərə yaxın şagird təhsil alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]