REGİONLAR


Qusarın üç kəndində yeni modul tipli məktəblər quraşdırılır VİDEO

Qusar, 28 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Qusar rayonunun Qullar kəndində yeni modul tipli məktəb quraşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş sinif və müəllimlər otağından ibarət məktəbin tikintisinə bir ay əvvəl başlanılıb. Qullar kəndində 80 ailə yaşayır. Kənddəki yeni tədris ocağında 40 şagirdin təhsil alması üçün şərait yaradılacaq.

Məktəb direktoru Çəmən Əkbərova bildirib ki, yeni məktəb müasir istilik sistemi ilə təchiz olunacaq. Modul məktəbin quraşdırılması noyabr ayında yekunlaşacaq.

İş icraçısı Tariel Ağamirzəyev bildirib ki, bu binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb artırılmasındadır.

Qusarın Qullar kəndi ilə yanaşı Langu və Torpaqkörpü kəndlərində də 40 yerlik modul məktəblər quraşdırılır. 420 şagird yerlik Quxuroba kənd tam orta məktəbində isə əsaslı təmir işləri aparılır. Qusardakı 86 məktəbdən iyirmisi son 5 il ərzində tikilib. Yeni məktəblərin 11-i modul tiplidir. Ümumilikdə son illərdə rayon məktəblərinin 65 faizi yenidən tikilib və ya təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.