REGİONLAR
Qusarlı fermerlərə səyyar satışda güzəştli şərtlərlə 25 ton mineral gübrə satılıb VİDEO
Qusar, 2 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 2-də “Aqrolizinq” ASC tərəfindən Qusar rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmanqulukənd kəndində təşkil olunan səyyar satışda 50-yə yaxın fermerə 25 ton mineral gübrə satılıb.
Səyyar satışdan yaralanan təsərrüfatçılar mineral gübrələri 70 faiz güzəştlə əldə ediblər.
“Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından etibarən başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Bu günə kimi 20 rayonda səyyar satış keçirilib.
Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı aprelin 3-də Xızı rayonunda təşkil olunacaq.