MƏDƏNİYYƏT
Qutab və lavaşa həsr olunan ustad məşğələsi təşkil edilib
Bakı, 17 sentyabr, AZƏRTAC
“İçərişəhər” Muzey Mərkəzinin Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Azeri Home Chef” adlı növbəti silsilə ustad məşğələsi keçirilib.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, ustad məşğələ bu dəfə qutab və lavaşa həsr olunub.
Qutabın ət, göyərti, şor, balqabaq, şabalıd kimi bütün növlərini bişirməkdə məqsəd təkcə bu dadlı milli təamların bişirilmə qaydasını öyrənmək deyil, həm də milli mətbəximizi qorumaq, onu nəsildən-nəslə layiqincə ötürməkdir. Ət qutabları Qala muzey-qoruğunda yetişdirilən, quyruğu yerə dəyən nadir cins qoyunların – Qala qoyununun ətindən bişirilərək hazırlanıb.
Xatırladaq ki, lavaş 2016-cı ildə türkdilli ölkələrin, o cümlədən Azərbaycanın irsi kimi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]