REGİONLAR


Quzanlıda baş verən zəncirvari qəzada bir nəfər xəsarət alıb

Ağdam, 16 iyun, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində zəncirvari qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “VAZ 2106" markalı avtomobil işıqforun qırmızı işığında yüksək sürətlə keçərkən “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Mercedes” markalı avtomobil hərəkətdə olan “VAZ 2107"-yə çırpılıb. Qəza zamanı bir nəfər xəsarət alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.