REGİONLAR


Quzanlıda keçirilən bayram yarmarkasında məhsullar 15-20 faiz ucuzdur

Ağdam, 16 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar Ağdam rayonunun Quzanlı qəsəbəsində açılan bayram satış-yarmarkasında ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 15-20 faiz ucuz təklif olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkada rayonun kənd və qəsəbələrindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, şirniyyat və çərəzlər çıxarılıb. Yarmarkada məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub.

Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər. Yarmarka martın 21-dək hər gün təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.