İDMAN


Qvardiola gələcəkdə İtaliya klublarının birində baş məşqçi ola bilər

Bakı, 16 oktyabr, AZƏRTAC

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola gələcəkdə italyan klublarından birinin rəhbəri olacağını istisna etməyib.

AZƏRTAC xəbər verir ki, X.Qvardiola deyib: “İspaniya, Almaniya və Braziliyada olduğu kimi, İtaliyada da yaxşı gənc futbolçular var. “A” seriyası turnirlərində ən yaxşı məşqçilər fəaliyyət göstərirlər. Məsələn, Qattuzo – mən onunla danışmışam, “Siti”nin məşqçilərindən biri isə onunla birgə işləyib. Hansımız daha yaxşıyıq – mən, yoxsa Ançelotti? Matsone hamımızdan güclüdür. Bir sözlə, İtaliya çox xoşuma gəlir. Buraya tez-tez gəlirəm. Gələcəkdə italyan klubuna başçılıq edəcəyimi istisna etmirəm”.

Qvardiola ötən mövsümdə “Mançester Siti”nin baş məşqçisi kimi İngiltərə çempionu və İngiltərə Liqası Kubokunun sahibi titullarını qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.