RƏSMİ SƏNƏDLƏR


R.Ə.Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 6 may 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin