SİYASƏT
RƏHBƏRİN XATİRƏSİNİ ƏBƏDİLƏŞDİRMƏK ÜÇÜN 80 SƏRV AĞACI ƏKİLMİŞDİR
Mingəçevirin təhsil işçiləri dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün şəhər təhsil şöbəsinin binası qarşısında 80 sərv ağacı əkmişlər.
Şöbənin müdiri Mirzə Cavadov AZƏRTAC-ın müxbirinə demişdir ki, milli liderimiz Azərbaycanın yaşıllıqlar diyarına çevrilməsinə, cavan ağacların əkilib-becərilməsinə həmişə ürəkdən gələn məhəbbətlə xüsusi diqqət yetirirdi. Onun bu tövsiyəsini biz də belə əməli işlə yerinə yetirməyi özümüzə borc bilirik. Bu təşəbbüs bütün məktəb və bağçalarda davam etdiriləcəkdir. Təhsil müəssisələrində Heydər Əliyev dərsləri keçirilir, muzeylər, guşələr qurulur, xatirə albomları tərtib edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:44]
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO
- 24.04.2024 [15:05]