SİYASƏT
RAİDƏ İSMAYILOVANIN ÇIXIŞI
Natiq xatırlatdı ki, Gəncədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yarıdan çoxu məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər ərzində tikilib istifadəyə verilmişdir. Gəncə Prezident Heydər Əliyevin həmişə diqqət və qayğı göstərdiyi şəhərlərdən biridir. Mən Gəncənin çoxsaylı təhsil işçiləri adından bildirmək istəyirəm ki, biz öz seçimimizi on il bundan əvvəl etmişik. Bu gün də biz, təhsil işçiləri xalqımızın ən layiqli övladı, müəllimlərin müəllimi olan Heydər Əliyevi birmənalı şəkildə müdafiə edirik. Gəncənin təhsil işçiləri Respublika Təhsil Şurasının tərkib hissəsi kimi, “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşulur və bəyan edirlər ki, qarşıdakı prezident seçkilərində Heydər Əliyevin namizədliyini dəstəkləyəcək və ona səs verəcəklər.