RAMİZ MİRZƏYEV: “AZƏRBAYCANDA FUTBOLUN İNKİŞAFIYALNIZ YERLİ OYUNÇULARIN HESABINA MÜMKÜNDÜR”
AzerTAg.az
Azərbaycan futbol çempionatında legioner limiti gələcəkdə üçə endiriləcək. AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın prezidenti Ramiz Mirzəyev dekabrın 14-də qurumda keçirilən dəyirmi masada bildirmişdir.
Ölkə çempionatında legioner oyunçuların iştirakına qoyulan limitin artırılmasını tələb edən bəzi klublara Ramiz Mirzəyev birmənalı şəkildə cavab vermişdir: “Legioner limitinin artırılmasını tələb edən klublar yalnız öz maraqlarını güdürlər. Ancaq klublar uşaq komandalarının yaradılmasına çalışsalar, bu, futbolumuza daha çox xeyir verə bilər... Azərbaycanda futbolun inkişafı yalnız yerli oyunçuların hesabına mümkündür”.
AFFA prezidenti komandasını hər hansı yolla gücləndirməyə çalışan klub rəhbərliyinin müxtəlif vasitələrlə legionerləri “milliləşdirmə”sinə qarşı ciddi tədbirlərə əl atılacağını da bildirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var