MƏDƏNİYYƏT


RƏSSAMIN XATİRƏ SƏRGİSİ AÇILMIŞDIR

Azərbaycan Miniatür Mərkəzində mərhum rəssam Paşa Əkbərovun xatirə sərgisi açılmışdır.

Sərgidə rəssamın rəngkarlıq janrında müxtəlif mövzularda çəkdiyi 30-dan artıq sənət əsəri nümayiş etdirilir.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, əməkdar rəssam Ənvər Qarayev, bəstəkar Xəyyam Mirzəzadə və başqaları açılış mərasimində çıxış edərək P.Əkbərovun əsərlərinin sənətkarlıq məziyyətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.

Sərgi fevralın 22-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.