“REAL” İKİNCİ İLDİR ƏN VARLI KLUB SAYILMIŞDIR
AzerTAg.az
08.02.2007 [20:25]
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Madridin “Real” komandası ikinci ildir dünyanın ən varlı klubu sayılır. “Football Money Leagu” təşkilatının hesablamalarına görə, “kral klubu”nun gəliri 292,2 milyon avro təşkil etmişdir.
Reytinqdə ikinci yeri daha bir İspaniya klubu - “Barselona” (259,1 milyon avro), üçüncü yeri Turinin “Yuventus” komandası (251,2 milyon avro) tutur.
Dördüncü yerə “Mançester Yunayted” komandası çıxmışdır. Klub 9 il dalbadal birinci olsa da, budəfəki uğursuz mövsümdən sonra birinciliyi əldən vermişdir. Onun gəliri 242,6 milyon avrodur. Beşinci yeri “Milan” (238,7 milyon avro), növbəti yerləri isə “Çelsi” (221 milyon avro), “İnter” (206,6 milyon avro), “Bavariya” (204,7 milyon avro), “Arsenal” (192,4 milyon avro), “Liverpul” (176 milyon avro) komandaları tutur.
Siyahıdakı 20 ən varlı klubun hamısı Avropa komandalarıdır. Bu sırada 20-ci yerdə Portuqaliyanın “Benfika” (85,1 milyon avro) komandası gəlir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
01.07.2022 [12:52]
01.07.2022 [11:58]
01.07.2022 [11:57]
MULTİMEDİA
01.07.2022 [12:04]
01.07.2022 [10:16]
30.06.2022 [20:15]
01.07.2022 [12:55]
01.07.2022 [12:52]
01.07.2022 [12:52]
01.07.2022 [11:56]
01.07.2022 [11:54]
01.07.2022 [12:55]
01.07.2022 [12:54]
01.07.2022 [12:53]
01.07.2022 [12:14]
01.07.2022 [09:47]
01.07.2022 [11:29]
01.07.2022 [11:18]
01.07.2022 [11:12]
01.07.2022 [10:56]
30.06.2022 [16:37]
30.06.2022 [14:16]
01.07.2022 [12:43]
01.07.2022 [12:40]
01.07.2022 [12:27]
01.07.2022 [12:22]
Xəbərin mətnində orfoqrafik səhv var